Hərbçiləri daşıyan maşın qəzaya düşüb: ölən və yaralananlar var

21:07 09.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Adana-Kozan avtomobil yolunun Mansurlu yol qovşağında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, işıqforun qırmızı işığında gözləyən daxili qoşunlara məxsus maşın yan tərəfdən gələn digər avtomobil tərəfindən vurulub. Hərbi maşın aşıb və yüz metrə yaxın sürüşüb. Nəticədə iki hərbçi həlak olub, biri ağır olmaqla üç hərbçi yaralanıb.